Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev DTX-nın saxladığı icra başçısı ilə bağlı SƏRƏNCAM verdi

Prezident İlham Əliyev DTX-nın saxladığı icra başçısı ilə bağlı SƏRƏNCAM verdi

Tarix: 20 Dekabr 2019 11:36

Prezident İlham Əliyev N.M.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Qeyd edək ki, Nizaməddin Quliyev və başqaları Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə DTX-da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.


Etiketlər:  Prezident İlham Əliyev nın saxladığı icra başçısı ilə bağlı SƏRƏNCAM verdi


RƏYLƏR