Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 14:20
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan dünyada az sayda ölkələrdən biridir ki, xarici ticarətdə müsbət saldosu var.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda deyib.
Z.Səmədzadə bildirib ki, Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib.
O bildirib ki, bu gün Azərbaycanın 50 milyard dollara qədər valyuta ehtiyatı var. Bütün bunlar Azərbaycanda aparılan məqsədyönlü siyasət, struktur isahatları nəticəsində mümkün olub”.
Qeyd edək ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin