Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 15:40
ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi xalq artisti Röya Ayxan olub.
Sonxeber.net bildirir ki, xalq artisti Abbasla Zamiq arasındakı münasibətdən danışıb:
"Zamiqlə balaca problemim yaranmışdı. Məni Zamiqlə Abbas Bağırov barışdırıb. Abbas mənə deyib ki, biz birik, küsərik, barışarıq, hər nə olursa olsun biz birik. Mən dedim ki, biz mütləq barışacayıq, sən narahat olma. Biz barışdıq, Abbas çox sevindi. Üstündən 3 ay keçdi, onlar küsdülər. Amma onların küslükləri çox davam etdi, özü də heç nəyin üstündə".
Xalq artisti Abbas və Zamiqlə bağlı maraqlı etiraf edib:
"Abbas Zamiqi hədsiz çox istəyir. Hər dostumun xasiyyətini bilən adamam. Mənə gəlib deyəndə ki, filankəs, filan söz dedi, deyirəm ki, onun sözü deyil, o deməz. Zamiq də elə adamdır ki, ömründə dedi-qoduya qoşulmaz və dostunun dalınca danışmaz. Eşitməmişəm ki, Abbas üçün nəsə desin. Məclisdə anlaşılmamazlıq yaşanıb. Allah mənim bütün arzularımı yerinə yetirir. İnşallah ki, mənim 2 dostum bir araya gələcəklər. Hər ikisi qız bürcüdür, kişidir və hər ikisində də eqoistlik, tərslik var. Amma mən daha çox Abbasdan istəyəcəm ki, bu barışığa addım atsın. Çünki Abbas həmişə belə şeylərdə məni qabağa itələyib. Bu səfər ona deyəcəm ki, sən də yaxşı bilirsən ki, Zamiq pis tanıdıqlarımız arasında ən möhtəşəm oğlandır. Sən ondan küsülü qala bilməzsən, barışın getsin".