Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onunla yolları ayıracağıq'' - Zaur Həşimov

''Onunla yolları ayıracağıq'' -  Zaur Həşimov

Tarix: 20 Dekabr 2019 16:24

"Zirə" klubu qış transfer dönəmində mərkəz müdafiəçisi transfer etmək istəyir.

Bu barədə qəsəbə təmsilçisinin baş məşqçisi Zaur Həşimov məlumat verib.

38 yaşlı mütəxəssis bildirib ki, komanda oyunlarda çox qol buraxdığı üçün bu addım atılacaq.

Həşimov yollarını ayırmaq istədikləri üç oyunçudan birinin adını açıqlayıb: "Böyük ehtimalla, Anastasios Papazoqlu ilə yollarımızı ayıracağıq. Futbolçuya demişik və onunla bu barədə danışıq olub. Vidalaşmaq istədiyimiz digər 2 oyunçu da legionerdir. Onlar bizdən xahiş ediblər ki, ad çəkməyək. Özləri də başqa ölkələrdə klub axtarırlar, bizimlə sözləşmələri var. Papazoqlu da klub tapmaqda problemlə üzləşə bilər. Klub tapacağı təqdirdə və bizimlə razılığa gəlsə, ayrılacaq".

Qeyd edək ki,  Papazoqlu bu ilin yayında "Zirə"yə keçib. Yunanıstanlı mərkəz müdafiəçisinin qəsəbə klubu ilə mövsümün sonuna kimi sözləşməsi var. (Report.az)

 


Etiketlər:  Onunla yolları ayıracağıq Zaur Həşimov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ