Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''ni keçmək ikiqat sevindiricidir'' - Ayxan Abbasov

''Neftçi''ni keçmək ikiqat sevindiricidir'' - Ayxan Abbasov

Tarix: 20 Dekabr 2019 19:52

"Yarımfinala çıxmaq sevindiricidir. "Neftçi"ni keçmək ikiqat sevindiricidir. Uşaqlara təşəkkür etdim. İlk oyunda başqa, indi başqa futbol oynadıq. Futbolçularım dediklərimizi etməyə çalışdı və etdi. 1 ildir ki, "Sumqayıt"dayam. Çalışırıq ki, nələrisə dəyişək. Rəqib də bizi təəccübləndirdi. Bəzi dəyişikliklər edəcəyini gözləyirdik. Normal mübarizə apardıq".

Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyunundan (0:0, ilk oyun 1:0) sonra keçirilən mətbuat konfransında deyib.
 
"Aleksey İsayevin yoxluğuna gəlincə, ona özüm icazə vermişəm. Toy mərasimi var, normaldı. Bizim komanda tək bir addan ibarət deyil. Futbolçunun da həyatında belə bir hadisə bir dəfə olur. Uduzsaydıq belə, ona bağlamayacaqdıq. Bu gün onun yerində oynayan Xəyal Nəcəfov daha yaxşı çıxış etdi" - deyə o bildirib.
 
A.Abbasovun sözlərinə görə, qışdan sonra çox çətin olacaq: "Yaxşı mənada dəstək lazımdır. Bu gün gənclərin inkişafı göz qabağındadır. Biz yuxarı pillələri istəyiriksə, bunu rəhbərlik fikirləşməlidir. Hər məşqçi istəyir ki, yer də tutsun, kubok da qazansın. Qışdan sonra bütün rəqiblər güclənir. Vuruşacağıq. Əsas kollektiv oyunudu və biz bunu iki matçda da bacardıq. "Neftçi"nin futbolçuları ustalıq səviyyəsi baxımından Azərbaycanda 1 nömrədir. Amma bu gün biz sübut etdik ki, biz də yaxşılara layiqik. Yarımfinalda "Qarabağ"la qarşılaşmaq istəyirəm”.

 


Etiketlər:  Neftçini keçmək ikiqat sevindiricidir Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ