Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 23:04
Dünyanın 6-cı iqtisadi gücü olan, uşaq hüquqları üzrə beynəlxalq konvensiyanı imzalayan Fransanın paytaxtı Parisdə hər axşam 700 uşaq küçələrdə gecələyir. Ölkədə qadınların və uşaqların vəziyyəti getdikcə daha da pisləşir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə sosial sahədə fəaliyyət göstərən 12-yə qədər assosiasiya məlumat yayıb.
Həmrəylik aktorları üzrə Federasiya, Abbe-Pierre Fondu, "UNİSEF France" və sair kimi qurumlar ölkədə minlərlə uşağın küçələrdə və ya çox acınacaqlı vəziyyətdə olan sığınacaqlarda yaşaması ilə bağlı həyəcan təbili çalıb.