Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2019 12:30
Bakı. Elnur Bağışov - Trend:
Pakistan Ticarət Palatasının rəsmiləri 1 kiloqramı təxminən 0,35 dollara İrana soğan ixrac etməyə hazır olduğunu elan ediblər.
Bu barədə Trend Fars İnformasiya Agentliyinə istinadən məlumat verib.
Məlumata görə, Palata rəsmiləri bildiriblər ki, Pakistanda soğanın yetişdirilməsi yaxşı səviyyədədir. İran icazə verdiyi halda Pakistan İrana soğan ixrac edə bilər.
İranda mart ayının ortalarından başlayan yağıntılar kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxarıb. Belə ki, soğan 150 min riala (təxminən 3,57 dollar) bahalaşıb. Bununla əlaqədar İranın Sənaye, Mədən və Ticarət Nazirliyi aprel 4-dən soğanla yanaşı, kartofun da ixracına qadağa tətbiq edib.
İran şəhərlərində 1 kq soğan 120-150 min rial (təxminən 2,85-3,57 dollar) civarında satılmaqdadır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin