Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 07:44
Bir vaxtlar mobil bazara çıxış üçün əlverişli məqamı əldən vermiş, ilk "iPhone" üçün prosessor tədarükündən imtina etmiş "Intel" korporasiyası eyni səhvləri təkrarlamaq niyyətində deyil. Şirkət süni intellektlə bağlı texnologiyalara böyük sərmayə yatırmağa davam edir və bu həftə İsrailin süni intellektə malik çip istehsalçısı - "Habana Labs" şirkətini satın alıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, razılaşmanın dəyəri 2 milyard dollar məbləğində qiymətləndirilir. Müqavilənin şərtlərinə görə, startap "Intel" korporasiyasının müstəqil biznes bölməsi olacaq. "Habana Labs" şirkətinin qərargahı İsraildə qalacaq, onun idarə heyəti isə öz tərkibini saxlayacaq.
2016-cı ildə Təl-Əvivdə təsis edilmiş "Habana Labs" şirkətinin ən populyar həlləri məlumatların işlənməsi mərkəzləri üçün nəzərdə tutulmuş "Goya" və "Gaudi"dir.