Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qonşu ölkədə sel və qar həyatı iflic etdi - Ölən var

Qonşu ölkədə sel və qar həyatı iflic etdi - Ölən var

Tarix: 21 Dekabr 2019 12:08

Bakı. Elnur Bağışov - Trend:

İranın 14 vilayətində sel, qar, şaxta nəticəsində 26 290 zərərçəkənə yardım edilib.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, ötən 5 gün ərzində İranın 14 vilayəti – İsfahan, Buşehr, Çahar-Mahal və Bəxtiyari, Xuzistan, Zəncan, Fars, Qum, Kirman, Kürdüstan, Kohgiluyə və Buyir-Əhməd, Lorestan, Mərkəzi, Mazandaran və Hörmüzqan vilayətlərində sel və qar fəsadlara səbəb olub.

Səlimi əlavə edib ki, 1 732 nəfər isə müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Təşkilat rəsmisi Hörmüzqan vilayətinin Bəndər-Abbas rayonunda təbii fəlakət nəticəsində 1 nəfər həlak olduğunu deyib.

“245 avtomobil qardan çıxarılıb, 281 mənzildən su təxliyə olunub”, – deyə o qeyd edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qonşu ölkədə həyatı iflic etdi Ölən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ