Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 13:10
İranın 14 vilayətində sel, qar, şaxta nəticəsində 26 290 zərərçəkənə yardım edilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.
M.Səliminin sözlərinə görə, ötən 5 gün ərzində İranın 14 vilayəti - İsfahan, Buşehr, Çahar-Mahal və Bəxtiyari, Xuzistan, Zəncan, Fars, Qum, Kirman, Kürdüstan, Kohgiluyə və Buyir-Əhməd, Lorestan, Mərkəzi, Mazandaran və Hörmüzqan vilayətlərində sel və qar fəsadlara səbəb olub.
Səlimi əlavə edib ki, 1 732 nəfər isə müvəqqəti sığınacaqlarda yerləşdirilib.