Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 18:00
2019-cu ilin yanvar-noyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 5 milyard 025,6 milyon manat olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 319,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 66,0 faizini təşkil edib.
2019-cu ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artaraq 966,6 milyon manat olub.