Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 18:32
Millət vəkili Aqil Abbas bölgələrdəki çoxsaylı olimpiya idman komplekslərinin istifadəsi ilə bağlı narazılığını bildirib.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, millət vəkili bir gün əvvəl Bakı Olimpiya Stadionunun konfrans zalında keçirilən ilin ən yaxşı idmançıları və idman xadimlərini mükafatlandırma mərasimində çıxış edib.
"Olimpiya kompleksləri zənginlərin məkanına çevrilib. Qiymətlər çox yüksəkdir. Ümumiyyətlə, təklif edirəm ki, hər icra başçısı bölgənin ölkə üçün inkişafına dair idmançılara bir plan hazırlasın. Əvvəllər pambıq yığmaq üçün plan hazırlanırdısa, indi belə planlardan idmançılar üçün də hazırlanmalıdır", - A.Abbas əlavə edib.