Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İNSULUN DİRƏNCİ NƏDİR ? Sizi şəkərə yaxınlaşdıran sindromun ƏLAMƏTLƏRİ

İNSULUN DİRƏNCİ NƏDİR ? Sizi şəkərə yaxınlaşdıran sindromun ƏLAMƏTLƏRİ

Tarix: 21 Dekabr 2019 23:12

Piylənmə, xüsusilə də, abdominal piylənmə periferik toxumalarda qlyukoza və yağ turşularının istehlakına insulinin təsirinin azalmasına və ya rezistentliyin inkişafına səbəb olur. Bu isə tip 2 şəkərli diabetin yaranmasına gətirib çıxarır.

İnsulinə rezistentlik, bununla yanaşı inkişaf edən hiperinsulinemiya və hiperqlikemiya və piy hüceyrələrinin (adipositlərin) sitokinləri və ya adipokinlər həmçinin damarların endotelial disfunksiyasına, lipid profilində pozğunluqlara, hipertoniya və damarların iltihabına səbəb olur. Bütün bu proseslər nəticədə aterosklerotik ürək-damar xəstəlikərinin inkişafına gətirib çıxarır. Maraqlıdır ki, ümumi bədən kütləsi çox olmayan, lakin abdominal piylənməsi olan şəxslərdə eyni patoloji proseslərin baş verməsi müşahidə edilir.
Sonxeber.net medicina.az-a istinadən şəkərli diabet xəstəliyinin bir addımlığında rast gəlinən insulin dirənci barədə məlumatı təqdim edir.

Qanda yüksək olan insulin öncələri qan səkərini hüceyrələrə keçməsini təmin edir, lakin daha sonra bu vəzifəsini yerinə yetirə bilməz hala gəlir və bu hala insulin hormonunun kifayət qədər təsirinin olamamasi- İNSULİN DİRƏNCİ (Rezistensiya) adı verilir.

Insulin dirəncindən daha çox əzələ və qaraciyər toxuması təsir görür. Qandakı səkər əzələlər və qaraciyər tərəfindən çox miqdarda alınır. Əgər dirənc varsa yəni insulin yetərincə təsirli deyilsə yemək sonrası qanda artan səkər əzələ və qaraciyərə daxil olabilmədiyi üçün qanda toplanmağa başlar və qan səkəri yüksələr.

Insulin dirəncinə kilolu insanlarda daha çox rast gəlinir və bu səbəbdən kilo artdıqca bu dirənc artar və səkər xəstəliyi görülmə tezliyi artar. Özəlliklə yağın qarında iç organlar ətrafında toplanması səkər xəstəliyi riskini daha çox artırır.

Insulin səviyəsi yüksək insanlar çox sürətlə kilo alır və çətin kilo verirlər. Kilo artdıqca insulin dirənci artar, kilo verdikcə isə azalar.

Insulin Dirəncinin Göstəriciləri:

1. Yorğunluq, halsızlıq
2. Sürətli kilo alma
3. Çətin kilo vermə
4. Doymama hissi, tez-tez acıma
5. Yuxu basması
6. Gün içində tez tez aclıq krizlərinin olması
7. Şirin qidalara meyillilik
8. Kilo verə bilməmə

9. Tərləmə
10. Qarın ətrafı və bel nahiyyəsində piylənmə
11. Kadınlarda qalçalarda və göbək ətrafı yağlanma
12. Yüksək təzyiq

13. Cinsi həvəsin azalması
14. Diqqət pozğunluğu
15. Unutqanlıq
16. Yeməklərdən sonra yuxulama

Xüsusilə bədən çəkisinə diqqət!

Bədən çəkisinin artması metabolik sindromun inkişafına təsir edən mühüm risk faktordur. ABŞ-da aparılan tədqiqat göstərib ki, bədən çəkisi normal olan şəxslərin cəmi 5%-də metabolik sindromun olduğu müəyyən edilirsə, artıq bədən çəkisi olanlarda bu rəqəm 22%, piylənməsi olanlarda isə 60%-dir. Framinqam Ürək Tədqiqatından əldə edilmiş nəticələrin təhlili göstərib ki, 16 il ərzində bədən çəkisinin cəmi 2.25 kq artması metabolik sindromun inkişafı riskinin 21-45% artması ilə əlaqəlidir. Maraqlıdır ki, qarının dairəvi diametrinin normadan çox böyük olması əsasında növbəti 5 ildə metabolik sindromun inkişafı gözlənilən xəstələrin 46%-ni əvvəlcədən müəyyən etmək olar.

Digər risk faktorları.

Yaş, irq və bədən çəkisi ilə yanaşı digər risk faktorları da metabolik sindromun inkişafı ilə bağlıdır. Bunlara menopauzadan sonrakı dövr, tütünçəkmə, aşağı sosial-iqtisadi vəziyyət, yüksək karbohidrat tərkibli pəhriz, spirtli içkilərdən ümumiyyətlə istifadə etməmə və fiziki aktivliyin olmaması aid edilir. Framinqam Ürək Tədqiqatından müəyyən edilib ki, şirinləşdirilmiş içəcəklər qəbulu metabolik sindromun inkişafı riskini artırır.


Etiketlər:  İNSULUN DİRƏNCİ NƏDİR Sizi şəkərə yaxınlaşdıran sindromun ƏLAMƏTLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ