Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistanda parlament seçkilərində səsvermə başlayıb

Özbəkistanda parlament seçkilərində səsvermə başlayıb

Tarix: 22 Dekabr 2019 10:24

Bakı. Trend:

Özbəkistanın Ali Məclisinin (parlamentin aşağı palatası) Qanunvericilik Palatasına seçkilərdə səsvermə başlayıb.

Trend-in məlumatına görə, səsvermə üçün 10 260 seçki məntəqəsi yaradılıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki siyahılarına 20,5 milyon seçicinin adı salınıb, 1,7 milyon vətəndaş isə xarici ölkələrdə səs verəcək. 150 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparır. Seçki məntəqələrinin 55-i dünyanın 36 ölkəsində formalaşdırılıb.

Seçkilərdə ölkədə fəaliyyət göstərən beş siyasi partiya - "Milli Dirçəliş" Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, "Ədalət" Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyası iştirak edir.

Seçkiləri 800-dən çox beynəlxalq, 140 min yerli müşahidəçi, o cümlədən Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT, ATƏT Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələri izləyir. ATƏT ilk dəfədir ki, Özbəkistanda keçirilən seçkilərə 300 nəfərlik missiya göndərib. ATƏT Parlament Assambleyası da ölkədəki seçkiləri ilk dəfə müşahidə edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Özbəkistanda parlament seçkilərində səsvermə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ