Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 11:08
Özbəkistanın Ali Məclisinin (parlamentin aşağı palatası) Qanunvericilik Palatasına seçkilərdə səsvermə başlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, səsvermə üçün 10 260 seçki məntəqəsi yaradılıb.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki siyahılarına 20,5 milyon seçicinin adı salınıb, 1,7 milyon vətəndaş isə xarici ölkələrdə səs verəcək. 150 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparır. Seçki məntəqələrinin 55-i dünyanın 36 ölkəsində formalaşdırılıb.
Seçkilərdə ölkədə fəaliyyət göstərən beş siyasi partiya - "Milli Dirçəliş" Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, "Ədalət" Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyası iştirak edir.