Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balıkəsirdə dram: azərbaycanlı Vəsilə oğlu tərəfindən bu evdə öldürülüb...

Balıkəsirdə dram: azərbaycanlı Vəsilə oğlu tərəfindən bu evdə öldürülüb...

Tarix: 22 Dekabr 2019 11:18

Türkiyənin Balıkesir vilayətinin Edermit qəsəbəsində azərbaycanlı qadın oğlu tərəfindən öldürülüb.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, hadisə ötən cümə günü baş verib. Edermit qəsəbəsinin ucqar Yaşyer məhəlləsində yaşayan 45 yaşlı Vəsilə Yaşarla oğlu E.Y. arasında mübahisə yaranıb. Daha sonra oğlu anasının halının pisləşdiyini deyərək yaxınlarından yardım istəyib. Ətrafda yaşayanların və qohumlarının köməyi ilə hamamın qarşısında yıxılıb huşsuz qalan qadın həyətə çıxarılıb, təcili yardım çağırılıb. Hadisə yerinə gələn təcili yardım işçiləri qadının keçindiyini təsbit ediblər, hadisə barədə jandarmaya məlumat verilib.

Vəsile Yaşarın cənazəsi tibbi ekspertizadan sonra Yaşyer məhəlləsinin qəbiristanlığında dəfn edilib. Oğlu isə jandarmaya hadisənin necə baş verdiyinə dair ziddiyətli ifadələr verib, o saxlanılıb və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Vəsile Yaşarın anası, Azərbaycan vətəndaşı Gülxanım Kazma qızının nəvəsi tərəfindən öldürüldüyünü bildirib. "Mənim qızımı qətl etdilər, şəhid etdilər övladımı. Övladımın qatili oğludur. Bunu hər yerdə yayınlayın, bilsinlər. Tez-tez dava-dalaş edirdilər. Qoy nə cəzası varsa çəksin",-qadın jurnalistlərə bildirib.


Etiketlər:  Balıkəsirdə dram azərbaycanlı Vəsilə oğlu tərəfindən evdə öldürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ