Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 17:40
İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) Sonxeber.net-a verilən məlumata görə, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.
DİM tərəfindən 22 dekabr 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2267 namizəddən 18 nəfər imtahana gəlməyib.
İmtahan nəticələri saat 17:02-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən:
BA1 altqrupu üzrə - 6 nəfər;
BA2 altqrupu üzrə - 13 nəfər;
BA3 altqrupu üzrə - 38 nəfər;
BA4 altqrupu üzrə - 75 nəfər;
BB1 altqrupu üzrə - 83 nəfər;