Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 20:28
Bəşəriyyətin kosmos macərasındakı ilk dayanacaq sayıla biləcək olan təbii peykimiz Ay üzərindəki araşdırmalar davam edir. Ay üzərində iş görən ölkələrdən biri olan Çin isə, Ayda ən uzun müddət işləyən vasitə rekordunu qırmağı bacardı.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, planetimizin təbii peyki olan Ay, insanlığın kosmosa açılmasındakı ilk dayanacaq sayıla bilər. Bu baxımdan da olduqca əhəmiyyət ifadə edən Ayın digər planetlərə görə bizə daha yaxın olması da elm insanlarının peykimizin üzərindəki araşdırmaların keçirməsində əhəmiyyətli dərəcədə iştirak edir.
Aya insanlı və insansız bir çox uçuş reallaşdırılmasına baxmayaraq hələ öyrənəcəyimiz bir çox şey var. Bu səbəblə müxtəlif kosmos agentlikləri, Ayı daha yaxşı və daha ətraflı kəşf etmək üçün kosmos vasitələri göndərməyə davam edir. Planetimizin peykinə kosmos vasitəsi göndərən ölkələrdən biri də Çindir.
Ay üzərində araşdırmalar aparan Çin və Çinin kosmos vasitəsi Yutu-2 də Ayda ən uzun müddət iş rekordunu qırmağı bacardı. Yutu-2 vasitəsindən əvvəl bu rekordu əlində tutan vasitə isə Lunoxod-1 adlı kosmos vasitəsi idi.
3 yanvar tarixindən bu yana Ayda olan Yutu-2, 11 aydan çox peykimizin səthində işləyir. Rekordun əvvəlki sahibi olan 10 noyabr 1970-ci ildə göndərilən və 17 noyabr 1970-ci ildə Aya eniş edən Lunoxod-1 isə 10,5 ay boyunca Ayın səthində işləmişdi.