Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kubada Fidel Kastrodan sonra ilk dəfə baş nazir təyin edilib

Kubada Fidel Kastrodan sonra ilk dəfə baş nazir təyin edilib

Tarix: 22 Dekabr 2019 20:50

Kuba Parlamenti Manuel Marrero Krusu baş nazir vəzifəsinə təyin edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, 56 yaşlı Manuel Marrero Krus baş nazir təyin ediləndən avvəl 16 il Turizm Nazirliyinə rəhbərlik edib. Bu dövrdə, ada dövlətinin ərazisində otellərin fəal inşası aparılıb, turist axını çoxalıb.

1959-1976-cı illərdə Kubanın baş nazir vəzifələrini Fidel Castro yerinə yetirib. 1976-cı ildə yeni konstitusiyanın qəbulu ilə baş nazir vəzifəsi ləğv edilib və F.Kastro Nazirlər Şurasının və Kuba Dövlət Şurasının sədri olub.


Etiketlər:  Kubada Fidel Kastrodan sonra dəfə baş nazir təyin edilib


RƏYLƏR