Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 11:15
Dekabrın 23-də saat 8.00-dan 18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb. Səsvermənin şəffaf keçirilməsi və seçicilərin rahat, maneəsiz seçki məntəqələrinə gəlib səs vermələri üçün hər cür şərait yaradılıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki,18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının sədri İslam Muradov bildirib ki, dairə seçki komissiyasının tərkibində 32 məntəqə və 3 qapalı məntəqə fəaliyyət göstərir. Bütün məntəqələr zəruri avadanlıqla təmin edilib. Ümumilikdə dairə üzrə 46 min 222 nəfər qeydə alınıb. On məntəqədə veb-kamera, iki məntəqədə isə fiziki qüsurlu və gözdən əlil şəxslər üçün pandus quraşdırılıb. Məntəqələrdə seçki prosedurlarına ciddi əməl edilir. Bu saatadək heç bir qanun pozuntusu barədə məlumat və ya şikayət daxil olmayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.
Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.
Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.
Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.