Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 12:18
Bakı. Trend:
“Komsomolskaya pravda” qəzetinin baş redaktoru Vladimir Sunqorkindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
"Əziz İlham Heydər oğlu.
Ad gününüz mübarək.
Dostluğa və o cümlədən gününüzü “Komsomolka” ilə başlamaq kimi yaxşı ənənəyə sadiq olduğunuza görə bu əlamətdar gündə Sizə xüsusi minnətdarlığımızı bildirmək istəyirik.
Bizim səmimi təbriklərimizi qəbul edin. Sizə cansağlığı, hər bir işinizdə uğurlar diləyirik".
XXX
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Ölkənizin, cəmiyyətinizin və idmanınızın qazandığı nailiyyətlərə görə Sizi təbrik edirəm. Bütün bu illər ərzində Siz idmanın ölkəniz üçün prioritet olduğunu sübut etmisiniz və mən bunu yüksək dəyərləndirirəm. Azərbaycanda idmanın inkişafına və çoxsaylı beynəlxalq yarışların keçirilməsinə dövlət dəstəyi dünyanın idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Zati-aliləri, Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, bol-bol uğurlar arzulayıram".
XXX
VTB Bankı Publik Səhmdar Cəmiyyətinin prezidenti, idarə heyətinin sədri Andrey Kostindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə VTB Bankının idarə heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətiniz iqtisadiyyatda, sosial sahədə və xarici siyasətdə dövlətçiliyi və ölkənizin beynəlxalq nüfuzunu ardıcıl olaraq möhkəmləndirən, onun tərəqqisinə və vətəndaşların firavanlığına şərait yaradan mühüm nailiyyətlərlə əlamətdardır.
Rusiyada Azərbaycan Respublikası ilə dostluq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirirlər. Rusiya və Azərbaycan müəssisələri və işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, onun qüdrətli potensialının reallaşdırılması üzrə kompleks tədbirləri Sizin şəxsən dəstəkləməyiniz böyük əhəmiyyət kəsb edir.
Rusiyanın sistemyaradıcı bankı olan VTB-nin kapitalında Azərbaycan Dövlət Neft Fondunun iştirakını yüksək qiymətləndiririk. Bu, Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin strateji xarakterinin və qarşılıqlı etimadın əyani təsdiqidir.
Hörmətli İlham Heydər oğlu, Azərbaycan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı və yaxınlarınıza firavanlıq diləklərimizi qəbul edin".
XXX
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və Baş katibin müavini Aydın Cəfərovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Ad gününüz münasibətilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından səmimi təbriklərimizi qəbul edin.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası siyasi, iqtisadi və sosial sahələrdə sanballı uğurlar qazanıb, beynəlxalq əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib, ümumdünya və regional miqyaslı aktual məsələlərin həllində öz rolunu möhkəmləndirib.
MDB parlamentariləri Sizi öz ölkəsinin həqiqi lideri, Birlik məkanında inteqrasiya proseslərinin genişlənməsinə böyük şəxsi töhfə verən və MDB iştirakçısı olan dövlətlərin strateji tərəfdaşlığının və dostluq münasibətlərinin möhkəmlənməsinə xüsusi diqqət yetirən siyasi xadim kimi tanıyırlar.
Sizə cansağılığı, firavanlıq və bütün təşəbbüslərinizdə uğurlar arzu edirik. Sizə və yaxınlarınıza xoşbəxtlik və ən xoş diləklərimizi bildiririk".
XXX
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərlik istedadınız, siyasi müdrikliyiniz və uzaqgörənliyiniz, ölkənizə sədaqətlə xidmət etməyiniz və əsil liderlik keyfiyyətləriniz sayəsində Azərbaycan sanballı uğurlar qazanır. Siz atanız, Azərbaycan xalqının böyük oğlu və ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərini ləyaqətlə davam etdirirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası vətəndaşların rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi dəyişikliklər yolu ilə inamla irəliləyir.
Dağıstanlılar xalqlarımız arasında qardaşlıq münasibətlərinin inkişafı məsələlərinə göstərdiyiniz daimi diqqətə görə Sizə minnətdardırlar.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan Respublikasının inkişafı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar diləyirəm".
XXX
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
İcazə verin, Sizi doğum gününüz münasibətilə təbrik edim.
Siz müdrikliyiniz və əzmkarlığınız sayəsində güclü və firavanlaşan Azərbaycan dövlətinin qurulmasına böyük töhfə vermisiniz, xalqınızın yüksək etimadını doğruldaraq onun görkəmli liderinə çevrilmisiniz.
Siz Azərbaycan Respublikasının dünyada nüfuzunun möhkəmlənməsi üçün çox iş görmüsünüz. Rusiya ilə tarixən yaranmış dostluq əlaqələrinin daha da inkişaf etməsində, qardaş xalqlarımız arasında dialoqun genişlənməsində və qarşılıqlı hörmətin artmasında Sizin danılmaz xidmətləriniz vardır.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və qurucu fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləklərimi qəbul edin".
XXX
MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
"Çox hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Vətənin rifahı naminə səmərəli əməyiniz, işgüzar və şəxsi keyfiyyətləriniz, mürəkkəb məsələləri effektiv həll etmək bacarığınız haqlı olaraq Sizə ictimai nüfuz və dərin hörmət qazandırıb.
Doğma Azərbaycanda və onun hüdudlarından kənarda Sizi ölkənin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərini müəyyən etməyi bacaran, zəngin biliyini və təcrübəsini ölkənin firavanlaşmasına və əhalinin rifahının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı proqramların həyata keçirilməsinə sərf edən səriştəli və məsuliyyətli lider kimi tanıyırlar.
Bu xoş fürsətdən istifadə edərək, Sizə MDB məkanında inteqrasiya proseslərinə daimi diqqətinizə görə səmimi minnətdarlığımı bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
XXX
Livan Respublikasının sabiq Prezidenti Amin Cemayeldən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
"Zati-aliləri.
İcazə verin, doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım və qarşıdan gələn ilin uğurlu olmasını diləyim. Ümidvaram ki, Yeni il Sizə, ailənizə və ölkənizə sülh və tərəqqi gətirəcək.
Mən, həmçinin bu xoş fürsətdən istifadə edib Azərbaycan ilə sıx əlaqələrimin olduğunu bildirmək istəyirəm. Bu əlaqələr Sizin ölkənizə çoxsaylı rəsmi və işgüzar səfərlər, eləcə də təməlini qoyduğum və rəhbəri olduğum, dünyada demokratiya və azadlığı təşviq edən “Masion du Futur” beyin mərkəzi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasındakı tərəfdaşlıq münasibətləri sayəsində daha da möhkəmlənib.
Biz Sizin ölkənizin tolerantlıq, mədəni mübadilə və təhsil vasitəsilə sülhün, tərəqqinin, ədalətin təşviqi istiqamətindəki dəyər və prinsiplərini dəstəkləyirik.
Mən bu dəyərləri və prinsipləri qətiyyət və əzmkarlıqla təbliğ etməkdə qərarlıyam. Ümidvaram ki, ortaq məqsədlərimizə xidmət naminə birgə fəaliyyətimizi və bütün səviyyələrdə əməkdaşlığımızı davam etdirəcəyik. Tanrı Sizi qorusun".
XXX
Xorvatiya Respublikasının sabiq Prezidenti İvo Yosipoviçdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
"Zati-aliləri, möhtərəm cənab Prezident.
İcazə verin Sizi doğum gününüz münasibətilə təbrik edim. Mən Xorvatiya Respublikasının Prezidenti (2010-2015) kimi Sizinlə Bakıda və Zaqrebdə görüşmək şərəfinə nail olmuşam. Ölkələrimiz arasında qədim dövrlərdən çox yaxşı münasibətlər və əməkdaşlıq əlaqələri mövcud olub. İndi mən sabiq Prezident kimi beynəlxalq əməkdaşlığı və inkişafı təşviq edən çox əhəmiyyətli bir təşkilatın - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüyəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin yüksək dəstəyiniz sayəsində beynəlxalq arenada əhəmiyyətli rola malikdir. Azərbaycanın uğurlarını uzun illərdir izlədiyimə görə deyə bilərəm ki, gözəl ölkənizin inkişafı məni həqiqətən də heyran edir. Bu inkişaf Sizin müdrik liderliyiniz sayəsində mümkün olub.
Hörmətli cənab Prezident, ümidvaram ki, Siz ölkənizə hələ uzun illər bundan sonra da rəhbərlik edəcəksiniz. Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, ölkənizə isə daha böyük uğurlar arzulayıram. Ad gününüz mübarək".
XXX
Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskudan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Mən, həmçinin bu xoş fürsətdən istifadə edib yarandığı gündən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Sizin liderliyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi son illər dünyanın tanınmış qurumlarından birinə çevrilib. Mən qəti olaraq inanıram ki, Sizin himayənizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bundan sonra daha da inkişaf edəcək, sülh və qarşılıqlı anlaşmanın təşviqi, eləcə də gənc nəslin mədəni, etnik və dini kimliyinin təhsil vasitəsilə inkişaf etdirilməsi kimi məqsədlərinə milli və beynəlxalq səviyyədə nail olmaq istiqamətində səylərini davam etdirəcəkdir.
Mən xüsusilə Sizin himayənizlə keçirilən Qlobal Bakı Forumunu çox yüksək qiymətləndirirəm. Mən bu forumların hamısında iştirak etmişəm. Bu Forum Nobel Sülh Mükafatı laureatlarını, dünyanın yüksək nüfuzlu elm və mədəniyyət xadimlərini, demokratik siyasi liderləri və gənc nəslin nümayəndələrini bir araya toplamaq üçün gözəl imkandır. Mən Azərbaycanda keçiriləcək növbəti mühüm tədbirlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
XXX
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Gələcək illərdə Sizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və bütün işlərinizdə uğurlar diləyirəm.
Bu əlamətdar gündə həm öz adımdan, həm də yaradılmasında Sizin şəxsi təşəbbüslərinizin mühüm rol oynadığı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri adından bu təşkilata göstərdiyiniz davamlı dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Əmin ola bilərsiniz ki, həm Bakı Forumlarının getdikcə artan uğurları, həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi yüksək səviyyəli tədbirlər Azərbaycanın böyük əhəmiyyətə malik bir ölkə kimi nüfuzunun artmasına, eləcə də dünyada yeni dostlar və tərəfdaşlar qazanmasına bundan sonra da kömək edəcəkdir.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin