Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə suçəkmə işlərinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib (FOTO)

Gəncədə suçəkmə işlərinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib (FOTO)

Tarix: 11 May 2019 13:26

Bakı. Trend:

Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin bəzi əraziləri (evlərin zirzəmiləri, həyətyanı sahələr, küçələr) yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə daxil olan məlumata görə, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Gəncə Regional Mərkəzindən 30 nəfərdən ibarət canlı qüvvə və 14 motopompa, Dövlət Yanğından Mühafizə Xidmətindən 27 nəfərdən ibarət canlı qüvvə, 6 motopompa, 6 texnika cəlb olunub.

Suçəkmə işləri davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gəncədə suçəkmə işlərinə canlı qüvvəsi texnikası cəlb edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ