Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 14:35
"Bu şəhərdə" estrada teatrının aktyorları, Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov Ukraynadan sonra bu dəfə də Rusiyadakı sevənləri ilə görüşüb.
Sonxeber.net xəbər verir ki, bu dəfə "Bu Şəhərdə" komandası Yekaterinburqda konsert verib. Aktyorların sevənləri onlarla görüşüb, şəkil çəkdirib. Gecənin aparıcılığı Əməkdar artist Rəşad İlyasova həvalə olunub.
"Bu şəhərdə" komandası Dünya Azərbaycanlarının Həmrəylik gününə həsr olunmuş konsertində təşkilatı dəstəyi görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınskiyə və Amor gənclər təşkilatının Yekaterinburqdakı nümayəndələyi öz minnətdarlığını bildirib.
"Hamı 19 ilə" adlı konsert proqramından sonra sənətçilər növbəti dəfə tamaşaçı izdihamı ilə qarşılaşıb.
Qeyd edək ki, "Bu şəhərdə" komandası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir neçə gün əvvəl Xarkovda da konsert vermişdi.