Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəblilər üçün futbol üzrə master-klass keçirilib - FOTO

Məktəblilər üçün futbol üzrə master-klass keçirilib -  FOTO

Tarix: 23 Dekabr 2019 14:50

"Regional İnkişaf" İctimai Birliyi (RİİB) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Bakı İdman Sarayında məktəblilər üçün futbol üzrə master-klass keçirilib.

RİİB-dən Trend-ə verilən məlumata görə, ustad dərsində 10-13 yaş arası 50-dən çox uşaq iştirak edib. Futbol üzrə Azərbaycan milli komandasının üzvləri Rahil Məmmədov və Emil Balayev məktəblilərə peşəkar futbolçu kimi yetişmək üçün faydalı məsləhətlər verib, öz təcrübələrini bölüşüb, maraqlı futbol fəndləri nümayiş etdirib, həmçinin onlarla birgə futbol oynayıblar.

Yekunda tədbirdə iştirak edən bütün uşaqlara, fərqlənən yeniyetmə iştiraçılara hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.

Tədbir yeniyetmələr arasında idmana, xüsusən də futbola olan marağın artıırılması, bu idman növünə həvəs göstərən məktəblilərin stimullaşdırılması, sağlam həyat tərzinin təbliğinə dəstək verilməsi məqsədi ilə keçirilib.


Etiketlər:  Məktəblilər üçün futbol üzrə master klass keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ