Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 15:54
Respublikanın hər bir bölgəsində olduğu kimi, Naftalanda da bütün məntəqələrdə səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq səhər saat 08:00-dan başlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, səhər saatlarından məntəqələrdə seçicilərin aktivliyi müşahidə olunur.
96 saylı Goranboy - Naftalan Dairə Seçki Komissiyası üzrə 5 məntəqə var. Dörd məntəqə Naftalan şəhərində, 1 məntəqə isə Qaşaltı Qaraqoyunlu kəndində fəaliyyət göstərir. DSK üzrə seçici sayı 4800 nəfərdir. 18 yaşı tamam olan 74 nəfər ilk dəfə səs verəcək. Onlardan 7 nəfərin 18 yaşı səsvermə günü tamam olur.
Qeyd edək ki, bu gün Naftalan bələdiyyəsinə 11 üzv seçiləcək. Qeydə alınan namizəd sayı 30-dur. Qaşaltı bələdiyyəsinə isə 26 namizəd arasından 9 üzv seçiləcək.