Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 22:16
Almaniyanın Şvarsvald regionunda meşədə quraşdırılmış fototələnin obyektivinə vaşağın düşməsi təbiəti mühafizə edənlər üçün çox maraqlı yenilik olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu yerlərdə vaşağı axırıncı dəfə 250 il bunda əvvəl görüblər. Bu vəhşi pişiyin ovlanması qadağan edilənə qədər həvəskar ovçular bu heyvanın qiymətli xəzinə görə, eləcə də öz ev heyvanlarını bu yırtıcıdan qorumaq üçün onu məhv edirdilər. Nəticədə Almaniyada vaşaqların kökü kəsilmişdi. Yalnız keçən ilin ortalarında Bavariya meşələrində bu heyvana rast gəlmək olardı, lakin sonradan vaşaqlar orada da yoxa çıxdılar.
Alimlərin fikrincə, fototələyə düşmüş vaşaq İsveçrənin Alp dağlarından gəlib.