Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 23:58
Vergi Məcəlləsinə dəyişiklik nəticəsində istehlakçılar nisyə satış zamanı daha bir yenilikdən faydalanacaqlar.
Sonxeber.net xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, məsələyə iqtisadçı ekspert Anar Bayramov da aydınlıq gətirib. Onun sözlərinə görə, gələn ildən nəzarət-kassa aparatlarının (NKA) təqdim etdiyi məlumatların sayının artacağı gözlənilir.
Ekspert qeyd edib ki, dəyişiklərdə NKA çeklərində olan məlumatların sayı artırılır və dəyişiklikdən sonra çeklərdə aşağıdakı məlumatlar öz əksini tapacaq: ödənilmiş məbləğ; müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.