Tarix: 24 Dekabr 2019 00:52
"Qalatasaray"ın sabiq baş məşqçisi İqor Tudorun yeni iş yeri müəyyənləşib.Qol.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı ölkəsinin "Hayduk" klubunu çalışdıracaq. Bu barədə Split təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla 2.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Tudor 2013-2015-ci illərdə də “Hayduk”u çalışdırıb. O, daha sonra PAOK, "Qalatasaray", "Karabükspor” və "Udineze”nin baş məşqçisi olub.