Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 07:08
Bələdiyyə seçkilərində bütün məntəqələrdə səsvermə normal həyata keçdi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında deyib.
MSK sədri bildirib: "Xoşagəlməz hadisələrlə bağlı sosial şəbəkələrdə məlumat yayılırdı, amma MSK-ya bir müraciət daxil oldu və o da aidiyyəti üzrə dairə seçki komissiyasına göndərildi. Qanunauyğun olaraq biz müraciətə baxdıq və dairə seçki komissiyasına göndərdik. MSK bu məsələnin üzərində dayanacaq ki, dairə seçki komissiyası bu məsələyə vaxtında baxsın. Sosial şəbəkələrdə yayılan görüntüləri ciddi şəkildə araşdırmağa başlamışıq".
Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
Seçkilərdə seçici fəallığı 32,72 faiz olub. Səs vermiş seçicilərin sayı 1 627 064 nəfər təşkil edib. Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.
Seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. 38 min 621 seçicidən 16 min 800 (43.50 faiz) səs verib.