Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“700 manat veririk ki, kimsə gəlsin bizə “balalar” desin...”

“700 manat veririk ki, kimsə gəlsin bizə “balalar” desin...”

Tarix: 24 Dekabr 2019 11:58

Açığı, Cem Yılmaz Bakıya gəlməyənədək fikirlərim fərqli idi. Düzdür, "stand up"da bəyəndiyim az insan var. Onlardan biri də Cem Yılmazdır. Bizi ancaq onunla müqayisə edirlər. Bura gələndə Azərbaycan haqda sıfır məlumatla gəlib. Deyir ki, sizin şəhər mədəni imiş, böyük imiş. Belə şey olmur axı. Bunu öyrənməlisən.

Bu sözləri axşam.az-a açıqlamasında Cem Yılmazın da haqqında bəhs etdiyi azərbaycanlı aktyor və "stand up"çı Erkin Ergin deyib.

O, məşhur şoumeni sərt tənqid edib:

"Ona burada "iq partlayışı" deyirlər, intellektual insanlarımız ondan qidalanırlar. Yəni, bu da sizin intellektualınız... Adama reklam çarxı çəkdiriblər. Bizə deyir ki, Bakıda görüşəcəyik, balalar. "Balalar" bizdə ya uşağa deyirlər, ya da bəzi xanımlara. Düzdür, bu ifadəni sevmirəm. Düzgün deyil. Cem ya uşaqları salamladı, ya da o xanımları. Yaxşı ki, xalaları deməyib. Bəlkə də öyrənsəydi, deyərdi. Dedi ki, dərsimə çalışmadım. Azərbaycanı belə təsəvvür etmirdim. Deməli, bizi aşağı görürmüş...".

E.Ergin bildirib ki, Cem Yılmaz onun Türkiyədə "stand up" etdiyini düşünüb:

"Elə bilib ki, burada "stand up" yoxdur və mən Türkiyədə çıxış etmişəm. Özü də deyib ki, azərbaycanlı arkadaşım Türkiyədə konsertdə belə bir söz deyib. Bir az məndə təəssüf hissi yarandı. Hamı elə düşündü ki, mən Cem Yılmaza söz atmışam. Yox. 700 manata türk dilində "stand up"a pul verib, Azərbaycan dilində isə 20-30 manat vermirik, verəndə isə qulaq asmaq istəmirik. Amma 700 manat veririk ki, kimsə gəlsin bizə "balalar", "ay balam" desin, azərbaycanca danışanda qığırdağına salıb kobud hərflərlə danışsın. Demirəm ki, bizdə kobud hərflər yoxdur. Amma biz o dərəcədə danışmırıq.


Etiketlər:  manat veririk kimsə gəlsin bizə balalar desin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ