Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mirabdulla ''Səbail''ə keçir? - baş məşqçidən açıqlama

Mirabdulla ''Səbail''ə keçir? - baş məşqçidən açıqlama

Tarix: 11 May 2019 18:56

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov karyerasını "Səbail"də davam etdirə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev "Keşlə" ilə oyundan (1:4) sonra keçirilən mətbuat konfransında məlumat verib. O, bildirib ki, futbolçunun özü ilə şifahi danışıq olub:

"Hələ ki, rəsmi formada danışıq olmayıb. Mirabdullanın özüylə danışmışıq. Qarşıdakı günlərdə bu məsələyə aydınlıq gələcək. Müqavilə şərtləri müzakirə olunduqdan sonra nəsə deyə bilərik. Ancaq belə kompensasiya ödəniləcəksə, əlbəttə ki, Mirabdullayla sözləşmə uzun müddətə imzalanacaq".

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Mirbabdullanın "ağ-qaralar"la 1 illik müqaviləsi var.
 


Etiketlər:  Mirabdulla Səbailə keçir baş məşqçidən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ