Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mirabdulla Abbasov “Neftçi”yə qayıdır

Mirabdulla Abbasov “Neftçi”yə qayıdır

Tarix: 24 Dekabr 2019 12:04

Mirabdulla Abbasov "Neftçi"yə qayıdacaq.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a futbolçunun yaxınları bildirib. 24 yaşlı hücumçu 12 xalla Premyer Liqada sonuncu olan "Səbail"də qalmaq istəmir. Maliyyə problemi ilə üzləşmiş "Səbail" də futbolçularını saxlamaqda çətinlik çəkir.

Mirabdulla Abbasov müqavilə ilə "Neftçi"yə məxsus olsa da, yayda bir illiyə "Səbail"ə oyun praktikasından əziyyət çəkməmək üçün icarəyə göndərilib.

Bununla belə, artıq qış transfer pəncərəsi dönəmində futbolçu "Neftçi"yə qayıdacaq. "Neftçi"nin baş məşqçisi Roberto Bordin də onun qayıtmasını istəyir.


Etiketlər:  Mirabdulla Abbasov Neftçiyə qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ