Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2019 20:12
Bakı. Trend:
İndoneziyanın Sumatra adasında yerləşən Siak-Sri-İndrapura şəhərində qiyamdan sonra ən azı 34 məhbus həbsxanadan qaçıb.
Trend-in məlumatına görə, iğtişaşlar polisin məhbuslardan birini həbsxanada narkotik istifadə etdiyinə görə saxladığından sonra baş verib. Cavab olaraq məhbuslar yerli vaxtla şənbə günü 02:00-da həbsxananı yandırıblar və təhlükəsizlik xədmətinin əməkdaşlarını daşlayıblar, 34 məhbus qaçmağa nail olub.
Həbsxanada baş verən yanğın söndürülüb, məhbuslar təxliyə edilir.
Polis rəisi Əhməd David bildirib: "Məlumatımıza görə, 495 məhbus hələ də həbsxanadadır, biz 119 nəfəri təxliyə etmişik".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin