Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2019-cu ildə evlənənlər - Siyahı - FOTO

2019-cu ildə evlənənlər - Siyahı - FOTO

Tarix: 24 Dekabr 2019 20:35

2019-cu ilin bitməsinə sayılı günlər qalıb. Bu il şou-biznes qalmaqalları ilə yanaşı, toylar və boşanmalarla da bol olub.

Sonxeber.net axşam.az-a istinadən 2019-cu ildə subaylıqla vidalaşanların siyahısını təqdim edir:

Müğənni Azad Şabanov Toma adlı xanımla nikah masasına oturub. Cütlüyün nişanı da, nikahı da, toyu da elə bu il olub.

Aktrisa Nigar Babayeva da bu il ailə quranlar siyahısındadır. O, yəhudi əsilli bəylə ailə qurub.

Müğənni Əhməd Mustafayev bu il iki dəfə toy edib. O, Səbinə adlı xanımla ailə qurub.

Aparıcı Azər İsmayılov isə bu il üçüncü dəfə ailə qurub. O, hər gün xanımı ilə fotolarını sosial şəbəkədə bölüşür. Azər bir neçə həftə əvvəl olan toyuna özü qatılmayıb.

Aparıcı Kazım Sübhan iyunda subaylıqla vidalaşıb.

Aparıcı Vaqif Aydınoğlu bu il ikinci dəfə ailə həyatı qurub. Onun toy şəkilləri həmkarları tərəfindən sosial şəbəkədə paylaşılıb.

Prodüser Anar Mədətov Samirə adlı xanımla ikinci dəfə ailə qurub. Prodüser bu il həm boşanma, həm də evlənmə xəbəri ilə gündəmdə olub.


Etiketlər:  2019 ildə evlənənlər Siyahı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ