Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 23:16
ABŞ Hərbi Dəniz Qüvvələrin (HDQ) hərbçilərinə kiber təhlükəsizlik təhdidləri səbəbindən hökumət tərəfindən verilən telefonlarda "TikTok" tətbiqetməsini istifadə etmək qadağan edilib.
Sonxeber.net chip.az-a istinadən bildirir ki, iş telefonu istifadəçiləri "TikTok" tətbiqini cihazdan silməlidir. Bu tələbi yerinə yetirməyən hərbçilər HDQ-nın intranetində və Dəniz Korpusunda (Navy Marine Corps İntranet) bloklanacaqlar.