Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 14:55
ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı əməkdar artist Cavanşir Məmmədov olub.
Sonxeber.net bildirir ki, əməkdar artist qadın və kişi arasındakı fərqdən söhbət açıb:
"Qadın olmaq olar, ancaq xanım olmaq çətindir. Biz kişilər qadınlara nisbətən kobuduq, bəzi şeylərdə qabağa düşürük. Amma əsl xanım olmaq qadın üçün çox çətindir. Biri var hörmət xatirinə tanımadığın birinə xanım deyirsən. Biri də var ki, əsl xanımla danışanda ehtiyatlı olursan. Qadın güləndə şaqqıldamamalıdır, 32 dişi görünməməlidir. Qadının yerişi duruşu, ağlamağı, gülməyi xanım kimi olmalıdır. Amma o xanımlıq heç bir kitabda yoxdur ki, qadın götürüb onu oxusun. Və yaxud da deyirlər ki, əşi, "Kişi deyilsən?" O kişilik kitabı hardadır, verin mən aparım oxuyum. O roman var? Yazılıb?"