Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda hava anomal keçir - Rəsmi açıqlama

Azərbaycanda hava anomal keçir -  Rəsmi açıqlama

Tarix: 25 Dekabr 2019 15:22

Bu ilin dekabr ayında Azərbaycanda hava anomal isti keçir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi brifinqdə deyib.

O bildirib ki, qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir: "Havanın orta temperaturu çoxilik normadan 3-4 dərəcə yuxarı olub. Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir".


Etiketlər:  Azərbaycanda hava anomal keçir Rəsmi açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ