Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçir

Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçir

Tarix: 25 Dekabr 2019 18:34

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2020-ci təqvim ili ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

QSC-dən Sonxeber.net-a verilən məlumata görə, bayram və istirahət günlərində sərnişinlərin Bakıdan Tbilisiyə və geriyə daşınması üçün dekabrın 27, 28, 29, 30-da və yanvarın 01, 02, 03, 04-də xəttə əlavə qatarlar qoşulacaq. Həmçinin qeyd olunub ki, Tbilisidən geriyə qayıdan sərnişinlər üçün 28, 29, 30, 31- i dekabr və 01, 02, 03, 04, 05 yanvar tarixlərində Bakı-Tbilisi-Bakı beynəlxalq qatarının tərkibinə vaqonlar əlavə ediləcək.

Belə ki, dekabrın 27, 28, 29 -u və yanvarın 01-də qatar 10-15 vaqonla yola düşəcək. Hər reysdə 400-600 sərnişinin daşınması nəzərdə tutulur. Dekabrın 30-da isə Bakı-Tbilisi qatarı maksimum sayda - 22 vaqonla təxminən 860 sərnişinlə hərəkət edəcək.

Geriyə Tbilisidən sərnişin axını əsasən 02, 03, 04 və 05 yanvar 2020-ci il tarixlərində gözlənilir.

Respublika daxilində sərnişin sıxlığnın artdığını nəzərə alaraq, yerli istiqamətdə sərnişinlərin daşınmasını təmin etmək məqsədilə dekabrın 27-dən, 04 yanvar tarixi daxil olmaqla Bakı-Böyük Kəsik sürət və Bakı-Balakən-Bakı sərnişin qatarlarına əlavə plaskart tipli vaqonlar qoşulacaq.


Etiketlər:  Dəmir Yolları gücləndirilmiş rejiminə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ