Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ata Ocağı”nın Ləmanı: “Deyirlər ki, başqa xarakterli qızsan, niyə elə rol oynamısan...”

“Ata Ocağı”nın Ləmanı: “Deyirlər ki, başqa xarakterli qızsan, niyə elə rol oynamısan...”

Tarix: 25 Dekabr 2019 19:20

Rəssamlıq karyerasının ardınca getmədiyim üçün peşman deyiləm. Bilmirəm bunu necə adlandırım, təsadüf, ya zərurət... İllərlə Bübül adına orta ixtisas musiqi məktəbinə rəssamlıq dərslərinə getmişəm. Hər kəs, elə özüm də rəssam olacağımı düşünürdüm, lakin qabiliyyət imtahanına buraxılış vəsiqəsini almağa gecikdiyim üçün həyatımda dönüş oldu. O da incəsənətin bir qoludur, kinodan çox uzaq olmamışam.

Bu sözləri Bakı Bələdiyyə Teatrının aktrisası, "Ata Ocağı" serialında Ləman obrazını canlandıran aktrisa Zülfiyyə Qurbanova publika.az-a müsahibəsində deyib.

Bir neçə ay əvvəl "Mövsümün sonu" filmindəki roluna görə Rotterdam Beynəlxalq Kino Festivalında FİPRESSİ-nin mükafatını qazanan aktrisa rol seçiminə diqqətlə yanaşdığını deyib:

"Bəzən elə rol təklif olunur ki, görürəm bundan heç nə qazanmayacam, potensialımın heç iki faizini göstərə bilməyəcəm. Görmüşəm ki, bu rol nə mənə, nə də tamaşaçıya faydalı heç nə ötürməyəcək. Nə isə xoşuma gəlməyəndə, çox etik şəkildə yox demişəm. Bu, senzura deyil, aktrisanın seçimidir.

Səs-küylü obrazdan tutmuş, mənfi, yüngül həyat tərzi yaşayan, sevgi uğrunda mübarizə aparan və keşməkeşli ömür sürən qadına qədər bir çox rolları oynamışam".


Etiketlər:  Ocağının Ləmanı Deyirlər başqa xarakterli qızsan niyə elə oynamısan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ