Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Eyni sualı verməkdən əl çəkin!'' - Alleqri hirsləndi

''Eyni sualı verməkdən əl çəkin!'' - Alleqri hirsləndi

Tarix: 12 May 2019 12:56

"Bu həftə klub prezidenti ilə görüşəcəm. Bu mövsümü dəyərləndirəcəyik və növbəti mövsümün hazırlıqlarına başlayacağıq. "Ayaks"la matçdan sonra burada qalmaq istədiyimi söyləmişdim. Eyni sualı verməkdən əl çəkin!".

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Turin klubundan ayrılacağı iddialarına münasibət bildirərkən deyib.

51 yaşlı mütəxəssis İtaliya mətbuatda onun haqqında yazılan tənqidlər haqda da danışıb: "Yazılanlar səyasində çox gülürəm. Düz 1 aydır ölkə çempionuyuq, amma Çempionlar Liqasında mübarizəni dayandırmağımız hələ də tənqid olunur. Bəzi insanlar Çempionlar Liqasının kubokunu qazanmağı istirahət yerlərində çimərlik futbolu turnirinin qalibi olmaq qədər asan olduğunu düşünür".

 


Etiketlər:  Eyni sualı verməkdən çəkin Alleqri hirsləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ