Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Tarix: 25 Dekabr 2019 20:50

Bakı. Trend:

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji, xalqınızın və Azərbaycan uşaqlarının rifahı naminə bütün təşəbbüslərinizdə yeni uğurlar arzulayıram. Ümidvaram ki, uşaqların müdafiəsi istiqamətində səmərəli əməkdaşlığımız bundan sonra da davam edəcək".

XXX

Rusiya Dövlət Dumasının “Spravedlivaya Rossiya” fraksiyasının rəhbəri Sergey Mironovdan:

"Hörmətli İlham Heydər oğlu. Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz beynəlxalq aləmdə ölçülüb-biçilmiş və konstruktiv qərarlar qəbul etməyi bacaran parlaq siyasətçi kimi yüksək nüfuz qazanmısınız. Rusiya ilə Azərbaycanı həmişə möhkəm dostluq və qarşılıqlı faydalı əməkdaşlıq telləri bağlayıb. Əminəm ki, ölkələrimiz strateji tərəfdaşlığın dərinləşməsi yolunu bundan sonra da davam etdirəcəklər.

Sizə Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar, xoşbəxtlik, cansağlığı və firavanlıq arzu edirəm".

XXX

Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti Vladimir Lisindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Hörmətli İlham Heydər oğlu. Ad gününüz münasibətilə ən xoş təbriklərimi qəbul edin. Azərbaycan Respublikasının sabitliyinin və iqtisadi inkişafının təmin edilməsi istiqamətində planlarınızın bundan sonra da uğurla reallaşması üçün Sizə tükənməz enerji, möhkəm cansağlığı, ətrafınızda daim etibarlı həmfikirlər və dostlar olmasını arzulayıram".

XXX

Rusiya Notariuslar Assosiasiyasının sədri, professor Natiq Ağamirovdan:

"Möhtərəm cənab Prezident. İcazə verin, Sizi doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan təbrik edim, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və doğma Azərbaycan naminə yeni uğurlar diləyim.

Bu gün həmvətənləriniz, dostlarınız və məsləkdaşlarınız Sizin çox gərgin fəaliyyətinizi böyük diqqət və nikbinliklə izləyir, Azərbaycan Respublikasının siyasi-iqtisadi sistemində həyata keçirdiyiniz islahatları hərtərəfli dəstəkləyirlər.

Bu mövzu həm də bizim peşə təşkilatımızın nümayəndələrinin Azərbaycandan olan, tarixi Vətənimizi ləyaqətlə təmsil edən və ədliyyə orqanlarının fəaliyyətinin müasir, yüksək səviyyədə təşkilini nümayiş etdirən həmkarlarımızla müxtəlif beynəlxalq forumlardakı görüşlərində maraqlı müzakirə predmetinə çevrilib.

Möhtərəm İlham Heydər oğlu.

Sizə çox çətin fəaliyyətinizdə yeni uğurlar diləyir və nəzərdə tutulan planların həyata keçməsini səmimi qəlbdən arzulayıram.

Qoy qarşıdan gələn il Sizin üçün və doğma Azərbaycan üçün uğurlu, parlaq hadisələrlə, yeni xeyirxah işlər və nailiyyətlərlə zəngin olsun.

Sizə və yaxınlarınıza xoşbəxtlik və əmin-amanlıq, gözəl yeni il əhval-ruhiyyəsi arzu edirəm".

XXX

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin dünyada təbliği işinə verdiyiniz dəstəyə görə Sizə minnətdaram. Beynəlxalq mərkəzimizin bu istiqamətdə fəaliyyətinə verdiyiniz dəstəyi yüksək qiymətləndiririk. Sizin rəhbərliyinizlə Azərbaycanın və Bakının sürətlə dəyişdiyini görmək mənim üçün çox xoşdur.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik edirəm".

XXX

Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə həyatın ən gözəl nemətləri olan möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və rifah diləyirəm. Tanrı Sizi və ailənizi daim qorusun. Xalqınızın və bəşəriyyətin rifahı və əmin-amanlığı naminə bütün nəcib təşəbbüslərinizin həyata keçməsini arzu edirəm.

İcazə verin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun beynəlxalq fəaliyyətinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirim".

XXX

Kailaş Satyarhi Fondunun təsisçisi, Nobel Sülh mükafatı laureatı Kailaş Satyarhidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Əziz qardaşım, hörmətli İlham Əliyev.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin uzaqgörən və müdrik liderliyinizlə Azərbaycan Respublikasının sosial-iqtisadi sahədə islahatlar yolu ilə daim inkişaf etməsini arzu edirəm.

Cənab Prezident, 2019-cu ilin sentyabrında Nyu-York şəhərində BMT-nın Baş Assambleyası çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Robert F.Kennedi İnsan Hüquqları Fondu ilə birgə təşkil etdiyi “Davamlı inkişaf problemi dövründə geosiyasət” mövzusundakı toplantısı məndə dərin təəssürat yaratdı.

Zati-aliləri doğum gününüz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm.

XXX

Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycanda bütün sahələrdə müşahidə olunan sanballı nailiyyətlər istedadlı xalqınızın yaradıcı əməyinin bəhrəsi, ölkənin təbii sərvətlərinin regional miqyasda mənimsənilməsinin, istehsal və elmi potensialının daim təkmilləşdirilməsinin nəticəsidir. Azərbaycanın yeni uğurlara doğru inamla irəliləməsi Sizin işləyib hazırladığınız, XXI əsrin çağırışlarına cavab verən milli inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir.

Möhtərəm İlham Heydər oğlu, bu siyasi kurs Azərbaycan vətəndaşlarının Sizə Prezident və tanınmış lider kimi çox böyük etimadına əsaslanır.

Fürsətdən istifadə edərək, həmkarlar ittifaqları hərəkatının fəaliyyətinə göstərdiyiniz daimi dəstəyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirmək istərdim.

Möhtərəm İlham Heydər oğlu, xahiş edirəm, ən xoş arzularımı, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin".

XXX

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizi uzun illərdir tanıyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bütün əməkdaşları da sevinclə mənim bu təbrikimə qoşulurlar.

Hörmətli İlham Heydər oğlu, Azərbaycan Respublikasının lideri kimi Sizin bütün xidmətləriniz ən yüksək qiymətə layiqdir. Sizi tanıyanların hamısı qeyd edir ki, Siz uzaqgörən dövlət xadimi, müdrik rəhbər, öz işinə ürəkdən sadiq olan, vətəndaşlarının rifahı üçün bütün varlığı ilə çalışan insansınız.

İcazə verin, ad gününüz münasibətilə Sizi bir daha təbrik edim. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, nəcib fəaliyyətinizdə sədaqətli məsləkdaşlar və etibarlı dostlar arzulayıram".

XXX

Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli Prezidentimiz.

Doğum gününüz münasibətilə Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə cansağlığı, xoşbəxtlik diləyir, Zati-alinizə və ailənizə ən dərin ehtiramımızı çatdırıram".

XXX

Moskva şəhərindən Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəhbəri Akif Hilalovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. İcazə verin, Ümumdünya Dağ Yəhudiləri Konqresi adından Sizi ad gününüz münasibətilə təbrik edim, Sizə hörmət və ehtiramımı, çox sevdiyimiz, əziz, gözəl ölkə olan Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizə heyran olduğumuzu bildirim.

Biz beynəlxalq səviyyədə dəfələrlə bəyan edirik ki, Azərbaycan tolerantlığın və dini dözümlülüyün əyani nümunəsidir, burada müxtəlif xalqların və dini konfessiyaların nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar və yaşayacaqlar. Dağ yəhudilərinin Azərbaycanla bağlı çoxəsrlik tarixi buna sübutdur. Bu gün Azərbaycan ilə dağ yəhudiləri arasındakı dostluq tellərini həqiqətən qardaşlıq adlandırmaq olar.

Konfessiyalararası münasibətlərin möhkəmlənməsi işində görkəmli xidmətlərinizə və səylərinizə görə Sizə təşəkkür edirik. Bütün Azərbaycan xalqı üçün bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, planlarınızın və ideyalarınızın həyata keçməsini arzulayırıq".

XXX

Macarıstanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Peter Medgyessidən:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uğurlar və xoşbəxtlik arzulayıram.

Ölkənizin tolerantlıq diyarına çevrilməsi istiqamətində nümayiş etdirdiyiniz sadiqliyi və səyləri yüksək qiymətləndirirəm. Sizin müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində birgə yaşamasına dəstək göstərməyiniz və bunu təşviq etməyiniz dünya ölkələri üçün gözəl nümunədir. Siz həqiqətən də Nizami Gəncəvinin intellektual irsinin və təfəkkürünün layiqli davamçısısınız.

Sizə və ailənizə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm".

XXX

İsrailin sabiq Baş naziri (1999-2001), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ehud Barakdan:

"Zati-aliləri, möhtərəm Prezident İlham Əliyev. Doğum gününüz münasibətilə Sizi təbrik edir, uzun ömür, möhkəm cansağlığı və firavan həyat arzulayıram.

Dövlət xadimi kimi, Siz üzərinizə öz xalqınızı irəli aparmaq, insanlığın təməl dəyərləri olan sülh və azadlığa nail olmaq kimi mühüm missiya götürmüsünüz.

Fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya miqyasında əldə etdiyi uğurlara görə Sizi səmimi qəlbdən təbrik etmək istərdim.

Qadir Allah Sizi, ailənizi və böyük Azərbaycan xalqını qorusun".

XXX

Pakistanın sabiq Baş naziri (2004-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şövkət Əzizdən:

"Hörmətli cənab Prezident. Zati-alinizi doğum günü münasibətilə təbrik etməkdən şərəf duyuram.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaq böyük fəxrdir. Mərkəz sülh, tərəqqi və rifahın təşviqində mühüm rol oynayır. İnsanların həyat səviyyəsinin, təhsilinin yaxşılaşdırılmasına, tərəqqi və inkişaf üçün yeni imkanlar açılmasına dəstək verən Sizin kimi liderlərə dünyanın böyük ehtiyacı var.

Zati-aliləri, Siz sülh, tolerantlıq və geniş düşüncənin rəmzisiniz.

Biz Sizin nəcib təşəbbüslərinizin iştirakçısı olduğumuz üçün qürur duyur və Sizə davamlı uğurlar arzulayırıq".

XXX

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko və xanımı Katerina Yuşşenkodan:

"Zati-aliləri. Ailəmiz doğum gününüz münasibətilə Sizə ən xoş arzularını çatdırır. Həyatınızın bütün illəri sevinc və müvəffəqiyyətlə dolu hadisələrlə yadda qalsın. Allahdan Sizə və ailənizin hər bir üzvünə möhkəm cansağlığı diləyirəm.

Ad gününüz mübarək!"

XXX

Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevnelievdən:

"Hörmətli cənab Prezident, Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizə və doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü kimi təşkilatın missiyasına göstərdiyiniz əvəzsiz dəstəyə və sadiqliyə görə Sizə öz minnətdarlığımı bildirmək istərdim. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin himayənizlə dünyada böyük nüfuz qazanıb. Siyasi arenada mühüm əhəmiyyət kəsb edən beynəlxalq təsisata çevrilmiş bu mərkəz Azərbaycanın dünyada ən yaxşı səfiridir.

Dünyanın qeyri-sabitlik və nizamsızlıq dövrünə qədəm qoyduğu ərəfədə təşkilatın sülh, tolerantlıq, dialoq və anlaşmanın təşviq olunması kimi nəcib missiyası həmişəkindən daha böyük əhəmiyyət kəsb edir. Biz birlikdə övladlarımız üçün vacib bildiyimiz sülh, tolerantlıq və anlaşma kimi dəyərlərə dəstək verməyə davam edəcəyik.

Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçdən:

"Hörmətli cənab Prezident, əziz dostum.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı ifadə edirəm.

İnanıram ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələri, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram".

XXX

Moldovanın sabiq Prezidenti Pyotr Luçinskidən:

"Möhtərəm cənab Prezident.

Heydər Əliyev ilə dostluq münasibətlərimiz 45 il bundan əvvəl yaranmışdı. Onun dövründə Azərbaycan çox şanlı inkişaf yolu keçdi. Azərbaycanın daha da firavanlaşmasının təməli qoyuldu.

Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, onun oğlu, hazırkı Prezident İlham Əliyev bu fəaliyyəti uğurla davam etdirir. Onun dövründə Azərbaycan inkişaf etmiş dövlətə, həm regionda, həm də dünyada nüfuzlu qüvvəyə çevrilib. Buna ən yaxşı nümunələrdən biri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sürətlə genişlənən fəaliyyəti və artan nüfuzudur.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, cansağlığı və Azərbaycanı firavanlaşma yolu ilə irəli aparmaq üçün qüvvə arzulayıram".

XXX

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının üzvü Nikolay Rıjkovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin siyasi müdrikliyiniz və böyük həyat təcrübəniz, dərin bilikləriniz, rəhbər və dövlət xadimi istedadınız haqlı olaraq Sizə təkcə Azərbaycanda deyil, həm də bütün dünyada hörmət qazandırıb.

İcazə verin, fürsətdən istifadə edərək, Böyük Vətən müharibəsinin xalqlarımızın tarixinə yazdığı qəhrəmanlıq və faciə səhifələri haqqında xatirənin qorunub saxlanması ilə bağlı çox mühüm məsələlərin həllində göstərdiyiniz köməyə və dəstəyə görə Sizə bir daha təşəkkürümü bildirim.

Möhtərəm İlham Heydər oğlu.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, Azərbaycanın rifahı, ölkələrimizin xalqları arasında dostluq və əməkdaşlığın möhkəmlənməsi naminə səmərəli fəaliyyətinizdə yeni uğurlar diləyirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ