Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda 3 tona yaxın narkotik aşkarlandı

İranda 3 tona yaxın narkotik aşkarlandı

Tarix: 12 May 2019 15:00

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Səravan rayonunda 2,6 ton narkotik maddə aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayəti hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, narkotik maddələrlə mübarizə polis əməkdaşları böyük həcmdə narkotik maddələrin daşınmasına dair məlumat əsasında əməliyyat keçirib.

Rəsmi əlavə edib ki, 2,42 ton tiryək, 32 kq morfin, 23 kq həşiş, 2,2 kq heroin, 122 kq digər narkotik maddələr aşkarlanıb.

Narkotiklə yanaşı, 2 ədəd Kalaşnikov avtomatı, 7 daraq və 7 mərmisi ilə bir minaatan aşkarlanıb və 3 qaçaqmalçı saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda tona yaxın narkotik aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ