Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 10:14
Bir neçə gündür ki, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarovun Qaraçuxur bələdiyəsinə üzv seçilməsi müzakirələr yaradıb.
Hazırda "İmtahan" serialında rol alan gənc aktyorun səsvermədə uğur qazanması sosial şəbəkələrdə həm tənqidlə qarşılanıb, həm də müsbət qiymətləndirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, C.Qafarov fəaliyyətindən bəhs edərək onu seçkilərdə iştirakına görə, qınayanlara münasibət bildirib.
Corc qeyd edib ki, iki saylı Uşaq Evində böyüyüb, təhsil alıb, eyni zamanda 282 saylı məktəbin də şagirdi olub. Gənc aktyor uşaq ikən Lider TV-də yayımlanan "Talant" şouda rəqqas kimi qatılıb və rejissor Yavər Rzayevin diqqətini çəkib.
Y.Rzayev uşaq evində kastinq keçirərək 300 min uşaq arasında 11 yaşlı Corcu seçib və onu Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Vəfa Zeynalova və Münəvvər Əliyeva ilə birgə "İlahi Məxluq" filminə çəkib. Corc bundan sonra vətənpərvərlik mövzusunda çəkilən "Dolu", Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə lentə alınan "Bakı, mən səni sevirəm", "Bir ovuc sonsuzluq", "Cek pot" filmlərinə çəkilib, "Tək olanda qorxma", "Qisas" seriallarında rol alıb.
Roza Zərgərli ilə də çəkilişlərdə tanış olur. Belə ki, "Tək olanda qorxma" serialında ana-oğul obrazını canlandırırlar. Hazırda isə Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyət göstərir.
Qafarov bələdiyyəyə üzv seçilməyinin cəmiyyətdə bu qədər səs-küy yaratmasına təəccübləndiyini bildirib:
"Bələdiyə seçkilərinə namizədliyimi verdim. Əslində, sənədlərimi hazırlayarkən çox fikirləşdim. 17 namizəd arasında 15-ci oldum. Gözləmirdim, çox sevindim. Sədr seçiləcəyim təqdirdə həyata keçirəcəyim planlarım çoxdur. Uşaq evləri barədə layihələr də olacaq. Siyahıda axırdan 3-cü olmağım niyə bu qədər səs-küy yaratdı? Elə şərhlər, yazılarla rastlaşıram ki... Əslində böyük bir şey baş verməyib. 17 namizəd arasında 6677 səslə axırdan 3-cü olmuşam. Niyə Corc onları narahat edir? Kimə nə etmişəm?".
Gənc aktyor bioloji anasını xatırlayaraq onunla birlikdə qurduğu arzudan da danışıb:
"Uşaqlar var idi ki, ana-atası öz avtomobili ilə yanlarında ayda-ildə bir dəfə gəlirdilər. Anam Leyla Qafarova həftədə iki dəfə yanıma gəlirdi. Anamın bir arzusu var idi ki, bir ocağımız olsun. O, inanırdı ki, mən bu şəraiti yaradacam. Uşaq evinin direktoru Sevda Hacıyeva bu işlərdə mənə çox kömək oldu. Qəpik-qəpik pul yığıb şərait yaradacaqdım, anamla bir yaşayacaqdım".
Roza Zərgərli isə xəbəri ilk dəfə köməkçisindən öyrəndiyini açıqlayıb: