Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Övladlığa götürmə sahəsində bu quruma yeni səlahiyyətlər verildi

Övladlığa götürmə sahəsində bu quruma yeni səlahiyyətlər verildi

Tarix: 26 Dekabr 2019 13:06

Övladlığa götürmə sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, valideyn himayəsindən məhrum olmuş uşaqlar barədə məlumatları müvafiq altsistemə daxil edən orqanların siyahısı da müəyyən edilib.

Övladlığagötürmə sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 23 dekabr 2019-cu il tarixində imzalanan Fərmanlar Ailə və Mülki Prosessual Məcəllələrinə dəyişikliklə bağlı müvafiq qanunlarının tətbiqi ilə bağlı bir sıra məsələləri tənzimləyir.

"Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" 23 dekabr 2019-cu il tarixli Fərmanla övladlığagötürmə sahəsində daha bir sıra yeni səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Onların sırasına övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi, müsahibələrin, təlimlərin keçirilməsi, müəssisədə uşaqla övladlığa götürmək istəyən şəxslərin görüşünün təşkili, uşağın sınaq müddətində övladlığa götürmək istəyən şəxslərin evində yerləşdirilməsi barədə qərar qəbul edilməsi daxildir.


Etiketlər:  Övladlığa götürmə sahəsində quruma yeni səlahiyyətlər verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ