Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 17:28
"Forbes" jurnalı 2019-cu ildə daha çox gəlir əldə edən rusiyalı milyarderlərin siyahısını açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıya "İnterros" holdinqinin rəhbəri və "Nornikel" şirkətinin prezidenti Vladimir Potanin liderlik edir. O, cari ildə 7, 8 milyard dollar qazanaraq sərvətini 23,8 milyard dollara yüksəldib.
İkinci yerdə "Sibura" və "Novatek" iri auksionerlərinin rəhbəri Leonid Mihelson qərarlaşıb. İş adamı bu il 5,9 milyard dollar əldə edərək sərvətini 27 milyard dollara çatdırıb.
"Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov isə üçüncü yerdə qərarlaşıb. O, 5,3 milyard dollar qazanıb. Hazırda sərvəti ümumilikdə 23,8 milyard dollar təşkil edir.