Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2019 23:25
Bakı. Ayşəm Rüstəmova - Trend:
Ulu öndər Heydər Əliyev yaddaşlarda Azərbaycan mədəniyyətinin, incəsənətinin böyük himayədarı kimi də qalıb. Heydər Əliyev bu sahəyə qeyri-adi sevgi ilə bağlı olan bir insan idi. Onun böyüklüyü, bənzərsizliyi də bu idi. Sənət adamlarımız Ümummili liderin xüsusi diqqət və qayğısını, həssas münasibətini bu gün də qürur və fəxrlə xatırlayır, Ulu öndərin əziz xatirəsini məmnunluqla anırlar.
Əməkdar incəsənət xadimi, nəğməkar-şair Baba Vəziroğlu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə dövlətin mədəniyyətə göstərdiyi diqqət və qayğıdan danışıb.
B.Vəziroğlu Ümummilli liderə həsr olunan "Xalq Heydər söyləyəcək" mahnısının ərsəyə gəlməsi haqqında xatirələrini bölüşüb:
"Bu mahnını 1998-ci ildə bəstəkar dostum Kamalla Ulu öndərimiz Heydər Əliyevin 75 illiyinə həsr etdik. Nəğmə həm Azərbaycanın xilaskarı kimi tarixi missiyanı daşıdığına görə, həm də bir insan kimi Heydər Əliyevə olan sevginin təzahürü idi. 90-cı illərin əvvəllərində müharibə şəraitində olan, torpaqlarının 20 faizi itirilən, iqtisadiyyatı dağılan, az qala vətəndaş müharibəsinin astanasında olan Azərbaycana rəhbər gəlmək ancaq tarixi missiya ola bilərdi. Heydər Əliyev məhz belə bir çətin və məsuliyyətli dövrdə, dar gündə bizim imdadımıza çatdı".
Nəğməkar-şair daha sonra qeyd edib: "Bu gün Azərbaycanda bizim canlı şahidliyimizlə yeni bir tarix yazılır. Bakı yenidən qurulur. Regionlara səfər edərkən, müsbət dəyişikliklərin şahidi oluruq. Azərbaycan mədəniyyəti bütün dünyada təbliğ və təşviq olunur. Bu gün Azərbaycan musiqi sənətinin ən gözəl nümunələri dünyanın möhtəşəm səhnələrində səsləndirilir. Hamıya məlumdur ki, bütün bu işlər Prezident İlham Əliyevin rəhbərliyi altında aparılır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin