Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanda “Bek Air” aviaşirkətinin fəaliyyəti dayandırıldı

Qazaxıstanda “Bek Air” aviaşirkətinin fəaliyyəti dayandırıldı

Tarix: 27 Dekabr 2019 10:50

Qazaxıstanda "Bek Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra aviaşirkət ölkənin bütün istiqamətləri üzrə uçuşları təxirə salıb, şirkətin fəaliyyəti dayandırılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib və günahkarların cəzalandırılacağını qeyd edib.

Qazaxıstan Baş nazirinin göstərişi ilə onun müavininin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb.

Xatırladaq ki, Qazaxıstanın "Bek Air" aviaşirkətinə məxsus təyyarə Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 95 sərnişin, 5 ekipaj üzvü olub. Son məlumatlara görə, 14 nəfər həlak olub, 35 nəfər yaralanıb.


Etiketlər:  Qazaxıstanda aviaşirkətinin fəaliyyəti dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ