Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 12:22
"Yüksəliş" müsabiqəsində imtahanlar tam şəffaf keçiriləcək.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların şəffaflığı onunla təmin olunur ki, insan faktorundan uzaqdır. Onun sözlərinə görə, müsabiqədə imtahanlar onlayn şəkildə olacaq: "Ən əsası biz iştirakçılara inanırıq ki, onlar bu müsabiqədə suallara cavab verəcəklər. "Yüksəliş" müsabiqəsində iştirak etmək istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək".
M.Abbaszadə qeyd edib ki, hər bir sual üçün vaxt müəyyən ediləcək: "Bu vaxt sualın asanlığına və ya çətinliyinə görə müəyyən olunacaq. Əgər qoyulan zaman ərzində sual cavablandırılmasa, təkrarlanmır".
DİM sədri əlavə edib ki, müsabiqədə iştirak edənlər üçün sınaq imtahanında iştirak etmək imkanı yaradacağıq.