Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 15:48
Bakı. Trend:
Cari ildə Azərbaycanda gənclər siyasəti sahəsində 143 tədbir keçirilib. Onlardan 124-ü yerli, 19-u isə beynəlxalq səviyyəli olub.
Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov dekabrın 27-də media nümayəndələri ilə görüşdə deyib.
Regionlarda nazirlik tərəfindən 129 kütləvi aksiya təşkil edildiyini bildirən A.Rəhimov qeyd edib ki, 206 gənc xarici ölkələrə ezam olunub, 1308 gənc isə Azərbaycana gəlib: "Azərbaycan Gəncləri Günü münasibətilə cari il fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən gənclərin respublika toplantısında 3500-dək gənc iştirak edib. Həmin toplantıda 6 nəfərə “Gənclər üçün Prezident Mükafatı” təqdim olunub".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin