Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 16:28
"Bu ilin yanvar-noyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edilib".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər Nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il 103 mindən çox vergi ödəyicisi qeydiyyata alınıb. Ümumilikdə, vergi ödəyicilərinin sayı 1,055 mln. nəfər olub.